İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə İran prezidentinin siyasi müşaviri Mehdi Sənai deyib.
O bildirib ki, səfər çərçivəsində Pezeşkian müxtəlif ölkələrin liderləri və BMT-nin Baş katibi ilə görüşlər keçirəcək, həmçinin beyin mərkəzləri, assosiasiyalar və ABŞ-da yaşayan iranlılarla bir araya gələcək.