Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmaları bütün dünya üçün müsbət hadisədir.
1xeber.media məlumatına görə, bu barədə bu gün BMT-nin baş katibi Antonio Quttereş Baş Assambleyanın 80-cı sessiyası zamanı bildirib.
Baş katib dünyada davam edən silahlı münaqişələrə, o cümlədən zorakılığa və Qəzza zolağında ilhaq təhlükəsinə son qoymağa çağırıb.