1xeber.media xəbər verir ki, Çinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Li Yihong bildirib ki, ABŞ-ın Çini Rusiyadan enerji alışını dayandırmağa məcbur etmək cəhdləri iki ölkə arasındakı müqavilələrə təsir etməyəcək.
"Xeyr, mən belə düşünmürəm. Rusiya-Çin münasibətləri hərtərəfli və dərindir, bu, dəfələrlə etiraf edilib və ən yüksək səviyyədə təkrarlanıb", - o, məsələ ilə bağlı suala cavab verib.
Li Yihong qeyd edib ki, bu, ABŞ-ın bu cür bəyanatlar "ilk dəfə deyil".
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Çin və Hindistanın Rusiyadan neft almağa davam etdiyi üçün Ukraynadakı münaqişənin “əsas sponsorları” olduğunu iddia etmişdi. Amerika lideri Avropanı Rusiyadan enerji almasına görə də tənqid edərək, bu hərəkətləri “rüsvayçılıq” adlandırıb.