Taliban hərəkatı Əfqanıstanı yenidən orta əsrlərə qərq etdi.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski BMT Baş Assambleyasının kürsüsündə çıxışı zamanı bildirib.
O, fərdi və xalqların hüquqlarının müdafiəsini vurğulasa da, Ukraynada insan haqları ilə bağlı vəziyyətə toxunmayıb.
Baş Assambleyada Zelenski, yayımda göründüyü kimi, demək olar ki, boş zalda danışıb.
Bundan əvvəl Ukrayna prezidenti BMT Təhlükəsizlik Şurasının iclasında Çinə müraciət edərək Pekini sülhün qorunması üçün fəal tədbirlər görməməkdə ittiham edib.