Rusiya Britaniya ekspertlərini və siyasi isteblişment üzvlərini daxil etmək üçün ölkəyə giriş qadağası siyahısını genişləndirib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Londonun davam edən qarşıdurma kursuna cavab olaraq, Britaniyanın siyasi isteblişmentinin və “ekspert” icmasının nümayəndələrindən ibarət əlavə qrupun Rusiyanın “qadağa siyahısı”na daxil edilməsi barədə qərar qəbul edilib”, - nəşr yazır.