Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanmış sənəddə ilkin olaraq anlaşılmaz məqamlar var idi və onlar əsasən sonrakı ikitərəfli görüşlər və danışıqlar nəticəsində həllini tapıb.
1xeber.media xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, sənəd Tehranın hər zaman dəstəklədiyi və alqışladığı sülh sazişinin paraflanmasından bəhs edir: "Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması bizim həmişə dəstəklədiyimiz və alqışladığımız bir şeydir".
Onun sözlərinə görə, bəyanatda beş prinsip aydın şəkildə öz əksini tapıb: milli suverenlik, ərazi bütövlüyü, qarşılıqlılıq prinsipi, yurisdiksiya və sərhədlərin toxunulmazlığı.
Eyni zamanda səfir əlavə edib ki, hələlik müzakirə olunmayan detallar var: "Anlaşılmaz məqamlar da var ki, müzakirə olunmayıb".