"Rusiya BMT Təhlükəsizlik Şurasının sədri kimi oktyabrın 24-də BMT Nizamnaməsinin qüvvəyə mindiyi gün onun icrasını nəzərdən keçirmək üçün iclas keçirməyi planlaşdırır".
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakından sonra keçirilən mətbuat konfransında bildirib.
"Prezidentliyimiz əlamətdar bir ildönümü ilə üst-üstə düşür. 24 oktyabr Birləşmiş Millətlər Təşkilatının yaranmasının ildönümüdür. Həmin gün xüsusi iclas keçirməyi planlaşdırırıq. Qurucular kimi təşkilatın Nizamnaməsində təsbit olunmuş prinsiplərə dəstəyi bir daha təkrarlamaq deyil, bu prinsiplərin bu gün necə həyata keçirilməli olduğunu araşdırmaq üçün bir araya gələcəyik",- Lavrov deyib.