Azərbaycanın xeyrinə dövlətə xəyanətdə ittiham olunan Ermənistan XİN-in diplomatik korpusunun əməkdaşı - Avstriyadakı konsul Aşxen Aleksanyan təqsirini etiraf etmir.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri mənbəyə istinadən məlumat yayıb.
Onun vəkilləri Abqar Poqosyan və Tavros Gevorkyan ittihamları şərh etməkdən imtina ediblər.
Ermənistan İstintaq Komitəsi Aleksanyanın iş üzrə yeganə fiqurant olduğunu və iyun ayında ona qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işinin açıldığını təsdiqləyib.
O, avqustun 29-da saxlanılıb. Bundan dərhal sonra Milli Təhlükəsizlik Xidməti XİN-in binasında hərtərəfli axtarış aparıb - kompüterlər yoxlanılıb və sənədlər araşdırılıb.