Rusiya informasiya toplamaq və orbital peyklərə müdaxilə etmək üçün texnologiyalardan istifadə edərək mütəmadi olaraq Britaniya hərbi peyklərini tıxamağa cəhd edir.
1xeber.media xəbər verir ki, bunu oktyabrın 3-də Böyük Britaniya Kosmik Komandanlığının rəhbəri general-mayor Pol Tedman deyib.
“Biz peyklərimizin mütəmadi olaraq ruslar tərəfindən tıxandığını görürük”, – Bloomberg onun sözlərini sitat gətirib.
Onun sözlərinə görə, Böyük Britaniyada elektron hücumlara qarşı texnologiyalarla qorunan təxminən altı ixtisaslaşmış hərbi peyk fəaliyyət göstərir.