Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın sabiq prezidenti Donald Tramp arasında telefon danışığı olub.
1xeber.media xəbər verir ki, söhbət zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər, eləcə də Qəzza sektorundakı vəziyyət müzakirə edilib. Ərdoğan Vaşinqton və Ankaranın bütün sahələrdə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə lideri ABŞ-ın Qəzzada atəşkəslə bağlı sülh təşəbbüsünü alqışlayaraq, Ankaranın da regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyini qeyd edib. Bu barədə Prezident Administrasiyasından məlumat verilib.