1xeber.media xəbər verir ki, Ukraynanın Vaşinqtondakı səfiri Olha Stefanişina bildirib ki, ABŞ-da dövlət qurumlarının bağlanması Amerikanın Kiyevə yardım çatdırılmasına təsir göstərmir.
"Mənə ABŞ-ın bağlanmasının Ukraynaya hərbi dəstəyə necə təsir göstərə biləcəyi ilə bağlı çoxlu suallar gəlir. Hazırda birbaşa təsir yoxdur. Yaxın günlərdə planlaşdırılan bütün tədarüklər qrafikə uyğun gəlməyə davam edir", - o Telegram-da yazıb.
Stefanişynanın sözlərinə görə, səfirlik vəziyyəti izləməyə və amerikalı tərəfdaşları ilə əlaqə saxlamağa davam edir.