1xeber.media xəbər verir ki, MAQATE-nin təhlükəsizlik siyasəti üzrə keçmiş nəzarətçisi Tariq Raufun RBC-yə istinadən verdiyi məlumata görə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə Sovet-ABŞ dialoqu ilə bağlı bəzi protokollar itirilib.
Onun sözlərinə görə, sözügedən sənədlər Nüvə Bölgüsü haqqında sazişə — NATO ölkələrinin nüvə silahından birgə istifadə hüququna aiddir. Rauf aşkar etdi ki, bu məsələ ilə bağlı danışıqların dəqiq mahiyyəti hələ də məlum deyil. BMT-nin Cenevrədəki ofisinə səfəri zamanı o, həmin danışıqların protokollarını nəzərdən keçirməyə cəhd edib, lakin məlum olub ki, bu sənədlər Millətlər Sarayında aparılan çoxsaylı təmir işləri nəticəsində itirilib.
Ötən ilin sentyabrında BMT-nin baş katibi Antonio Quterreş bəyan etmişdi ki, Rusiya və ABŞ nüvə arsenallarının azaldılması prosesini bərpa etməlidir. Bundan əlavə, bu cür kütləvi qırğın silahlarına malik olan digər ölkələr də bundan nümunə götürməlidir.