1xeber.media xeber verir ki, Rospotrebnadzor (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) Türkiyə otellərindən birində enterovirus infeksiyasının yayılması ilə bağlı araşdırmaya başlayıb. Bu barədə agentliyin saytında dərc olunmuş məlumatda bildirilir.
Sidedəki Crystal Admiral Resort Suites & Spa-da rusiyalı turistlərin Coxsackie virusuna yoluxması barədə KİV-də yayılan xəbərlərdən sonra Rospotrebnadzor Türkiyə Səhiyyə Nazirliyinə rəsmi sorğu göndərib.
Sorğuda araşdırmanın nəticələrinə dair rəsmi məlumatlar və epidemioloji vəziyyətin mümkün pisləşməsi riskinin qiymətləndirilməsi tələb olunur.
Bundan əvvəl Türkiyənin Antalya vilayətindəki “Crystal Admiral” otelində qonaqlar arasında Koksaki virusunun yayılması ilə bağlı xəbərlər yayılmışdı. Bu xəbəri şərh edən otel meneceri əmin edib ki, onlara yoluxmuş qonaqlarla bağlı heç bir şikayət daxil olmayıb.