Papa XIV Leo bütün dünya katoliklərini miqrantlara qayğı göstərməyə çağırıb.
1xeber.media xəbər verir ki, Papa bunu Müqəddəs Pyotr meydanındakı ənənəvi bazar xütbəsində deyib.
“Miqrantlara laqeydlik və ya ayrı-seçkilik damğası ilə rəftar edilməməlidir. Katoliklər qollarını və ürəklərini miqrantlara açmalı, onları qardaş və bacı kimi qarşılamalı və onlar üçün təsəlli və ümid mənbəyi olmalıdırlar”, - Papa bildirib.