“Hraparak”ın Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev barəsində yayımladığı məqalə erməni ictimaiyyətində maraqla qarşılanıb.
1xeber.media Globalinfo.az-a istinadla xəbər verir ki, nəşr Mustafayevin Ermənistanın Noyemberyan icmasının Cucevan bölgəsində doğulub böyüdüyü mühitdən yazıb.
“Hraparak” Şahin Mustafayevin müəllimləri və tanıyanlarla əlaqə saxlayıb. Kənd sankinləri Mustafayevin Cucevanda yaşayan yeganə azərbaycanlı ailənin tək oğlu olduğunu bildiriblər.
Hazırda Cucevanda orta məktəb müəllimi işləyən Yegişe Petrosyan Mustafayevlə uşaqlığının bir keçdiyini deyib və bəzi xatirələrini bölüşüb:
“Biz onunla çox yaxşı dost idik, oyunlar oynayırdıq. Ona “Şahen” deyirdik. 1979-cu ildə, onun 14 yaşı olarkən Noyemberyandakı Karmirqyuğ dağında bir ağacın gövdəsinə əlinə balta alaraq erməni hərfləri ilə öz adını yazmışdı. Atası fermer idi, özü çox yaxşı oxuyurdu, qiymətləri əla idi”.
Cucevan məkəbində Erməni dili və ədəbiyyatı fənnini tədris edən Anuş Aleksanyan Mustafayevin müəllimi olduğunu söyləyib:
“Onu yaxşı xatırlayıram. Bir dəfə səhər gözləri qızarmış formada dərsə gəlmişdi. Ondan nə olduğunu soruşdum, mənə dedi ki, Stepan Zoryanın Erməni qalası” əsərini oxuyub, çox təsirlənib və kövrəlib. Şahinin hər kəslə münasibəti yaxşı idi. Amma bacılarından birinin ermənilərə münasibəti başqa cür idi. Həmin qız hər zaman Ermənistanın adını qəsdən kiçik hərflə yazırdı, bizə yanaşması fərqli idi. Şahin Cucevanda 8 illik məktəbi əla qiymətlərlə bitirdi. Təhsilini Noyemberyanda 2 nömrəli məktəbdə davam etdirdi və oranı da fərqlənmə diplomu ilə başa vurdu. Onlar Qarabağ hadisələri başladıqdan sonra Azərbaycana köçdülər”.
Nəşr yazır ki, Noyemberyan icması Tavuş vilayətində yerləşir. Məhz Mustafayevin rəhbərliyi ilə Azərbaycanla Ermənistan arasında demarkasiya prosesinin həyata keçirilməsi və Tavuşda bəzi yerlərin Azərbaycana təhvil verilməsi bu baxımdan diqqətçəkən nüansdır. Yəni bir azərbaycanlı Ermənistanda doğulub ermənilərlə böyüsə də, gerçək Vətəninə sadiq qalır.
Fotoda: “1979-cu ildə Şahin Mustafayevin erməni dilində adını həkk etdiyi ağac” – Erməni KİV