Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə görüşündə “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsi məsələsi müzakirə ediblər.
1xeber.media xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan deyib.
"Ermənistanın baş naziri və Azərbaycan prezidentinin Kopenhagendə keçirilən görüşünün nəticələrinə görə, hər iki tərəf press-reliz yayıb, buradan aydın olur ki, hər iki tərəf TRIPP layihəsinin Ermənistan ərazisinə aid olduğunu qəbul edir, ona görə də Ermənistan Respublikası ərazisində başqa layihə yoxdur və ola da bilməz.
Məsələ Kopenhagen görüşündə müzakirə olundu. Ermənistan Respublikasında yalnız TRIPP və “Sülhün kəsişməsi” layihələri həyata keçirilir ki, bu da bir sıra beynəlxalq sənədlərdə aydın şəkildə öz əksini tapıb", - deyə o qeyd edib.