Yaponiya hazırda ABŞ üçün heç bir təhlükə yaratmır, lakin ölkə yeni təhlükəsizlik sistemi yaratmağa çalışır.
1xeber.media xəbər verir ki, bu barədə çərşənbə axşamı, oktyabrın 7-də Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Tədqiqatları İnstitutunun Yapon Araşdırmaları Mərkəzinin baş elmi işçisi Viktor Kuzminkov danışıb.
Kuzminkov Lenta.Ru-ya müsahibəsində deyib: “Yaponlar sadəcə olaraq ABŞ-ın eqoist siyasət yeritməsindən və müttəfiqlərini silahlanmağa məcbur etməsindən narahatdırlar”.
Ekspertin sözlərinə görə, yaponlar həm də qorxurlar ki, Tayvanda münaqişə baş verərsə, ABŞ onları qarşıdurmaya məcbur edəcək.