Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
1xeber.media xəbər verir ki, Türkmənistanın dövlət başçısı Rusiya liderini ad günü münasibətilə təbrik edib.
Sərdar Berdiməhəmmədov Rusiyanın Türkmənistanın strateji tərəfdaşı olduğunu, ikitərəfli münasibətlərin bərabərlik, hörmət və mehriban qonşuluq prinsipləri üzərində qurulduğunu qeyd edib.
Tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edərək, tərəfdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən Rusiyanın regionları ilə qarşılıqlı fəaliyyətdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Sərdar Berdiməhəmmədov Vladimir Putini Türkmənistanın neytrallığının 30-cu ildönümünə həsr olunmuş Beynəlxalq Sülh və Etimad İli Forumunda iştirak etməyə dəvət edib. Tədbir dekabrın 12-də Aşqabadda baş tutacaq.