"Əgər bu və ya digər ölkə qlobal təhlükəsizlik naminə nüvə sınaqlarının keçirilməsi ilə bağlı yanlış və zərərli qərar qəbul edərsə, Moskva buna bənzər cavab verəcək".
1xeber.media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Müvafiq potensiala malik bu və ya digər paytaxtda yanlış və beynəlxalq təhlükəsizliyə zərərli sınaqların keçirilməsi ilə bağlı qərarlar qəbul edilərsə və bu kontekstdə, əlbəttə ki, ilk növbədə, Vaşinqton bizim diqqətimizdə olarsa, o zaman bizim tərəfdən güzgü reaksiyası gələcək və bunu gözləmək çox çəkməyəcək", - Ryabkov bildirib.