Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də dövlət səfəri üçün Tacikistana gəlib.
1xeber.media xəbər verir ki, Onun təyyarəsi Düşənbə hava limanına enib.
Rusiya liderinin respublikada Tacikistan prezidenti Emoməli Rəhmonla danışıqları planlaşdırılıb. Görüşün yekununda nümayəndə heyətlərinin bir sıra idarələrarası və hökumətlərarası sənədlərin imzalanacağı gözlənilir.
Bundan əlavə, Rusiya prezidenti ikinci Rusiya-Mərkəzi Asiya Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək. Bütün tədbirlərdən sonra Putin mətbuat üçün brifinq zamanı jurnalistlərin suallarını cavablandıracaq.