Sosial şəbəkələrdə ArchiCO Engineering Company (Archico MMC) şirkəti ilə bağlı ciddi narazılıq paylaşılıb. Şikayətçi bildirir ki, şirkət Zabitlər bağı yaxınlığında yerləşən Evim Residence layihəsi çərçivəsində verilən sözlərinə əməl etməyib.
1xeber.media-nın xəbərinə görə,32gun.az bildirir ki, Vətəndaşın açıqlamasına görə, avqustun 20-si şirkət ilə razılaşdırılan şərtlərlə 2 otaqlı mənzilin alqı-satqısı üzrə müqaviləyə imza atıb və 70 min AZN ilkin ödəniş edib. Razılaşmaya əsasən, mənzilin kvadratmetri 3.000 AZN qiymətləndirilib.
Lakin bir neçə həftə sonra şirkət nümayəndəsi əlaqə saxlayaraq qiymətin 3.500 AZN-ə qalxdığını bildirərək satışın baş tutmayacağını deyib və ödənişin geri götürülməsini xahiş edib. Şikayətçi iddia edir ki, şirkət həm qanunsuz, həm də etik olmayan davranışlar sərgiləyərək, müqavilə üzrə öhdəliyini yerinə yetirməyib və həmin mənzili daha yüksək qiymətə satışa çıxarıb.
Vətəndaş əlavə edib ki, mövcud sübutlar və səs yazıları bu iddiaları təsdiqləyir və məsələ ilə bağlı hüquqi addımlar atmağı planlaşdırır.
Bu paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və ArchiCO MMC-nin müştərilərlə davranışı və layihə satışı prosesində "şəffaflıq" məsələləri ictimaiyyətin diqqətini çəkib.