ABŞ prezidenti Donald Tramp həqiqətən də illərdir davam edən böhranları həll etmək üçün çox işlər görür.
1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Tacikistana səfərindən sonra Nobel Sülh Mükafatının təqdimetmə mərasimini belə şərh edib.
"Elə hallar olub ki, komitə sülh naminə heç bir iş görməyən insanlara Nobel Sülh Mükafatını verib. Fikrimcə, bu qərarlar bu mükafatın nüfuzuna böyük ziyan vurub", - Rusiya lideri amerikalı həmkarının mükafatı almaması faktını necə dəyərləndirməsi ilə bağlı suala cavabında qeyd edib.
Mükafat Komitəsi daha əvvəl elan etmişdi ki, builki Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya “Venesuela xalqının demokratik hüquqlarının irəliləyişində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda mübarizəsinə görə” verilib.