Bakıda 93 ölkənin hakimlərini bir araya gətirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçirilir.
1xeber.media xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, hazırda Bakı Konqres Mərkəzində tədbirin hazırda açılış mərasimidir.
Bir sıra yerli dövlət rəsmiləri də mərasimə qatılıb.
Qonaqlar arasında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Baş prokuror Kamran Əliyev ədliyyə naziri Fərid Əhmədov, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin vitse-spiker Ziyafət Əsgərov də yer alır.
Qeyd edək ki, beynəlxalq tədbir oktyabrın 17-i başa çatacaq.