Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatları nümayəndələrindən Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
1xeber.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən QHT rəhbərinin anket məlumatları dəqiqləşdirilib.
Nərgiz Muxtarova barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti proses oktyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, QHT nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq kimi cinayətlərdə ittiham olunurlar.