ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini oktyabrın 17-də Vaşinqtonda qəbul etməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, Financial Times (FT) jurnalisti Kristofer Miller X sosial media saytındakı mənbələrə istinadən məlimat yayıb.
“Bu, həftəsonu prezidentlər arasında iki telefon danışığından sonra baş verib, bu zaman onlar “Tomaqavk” raketlərinin satışı və müharibəni dayandırmağın yollarını müzakirə ediblər və Ukrayna nümayəndə heyəti Vaşinqtonda amerikalı həmkarları ilə bir həftəlik müzakirələrə başlayır”, – nəşr yazır.