Gələcək hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə marağının artırılması və onların prokurorluq orqanlarında xidmətə cəlb olunmalarının təşviqi məqsədilə oktyabrın 13-də Baş Prokurorluqda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyinin “Şahid Dindirmə Müsabiqəsi”nin təlim mərhələsi keçirilib.
1xeber.media xəbər verir ki,tədbirdə ölkənin aparıcı ali təhsil müəssisələrinin hüquq ixtisası üzrə təhsil alan 90-a yaxın tələbə iştirak edib. Təlim prosesinə Baş Prokurorluğun müxtəlif idarələrinin təcrübəli əməkdaşları cəlb olunaraq “şahid dindirmə” istintaq hərəkətinin taktiki xüsusiyyətləri, prosessual rəsmiləşdirilmə qaydaları və onun istintaq praktikasında rolu barədə iştirakçılara ətraflı məlumat verib, praktik nümunələr əsasında çıxışlar ediblər.
Sonda təlim prosesində iştirak edən Baş Prokurorluq əməkdaşlarına Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.