Müasir dövrdə estetik və plastik cərrahiyyə insan sağlamlığı və özünəinam baxımından mühüm rol oynayır. Bu sahədə peşəkar və yenilikçi həkimlərdən biri də Dr. Saleh Ələgərlidir. O, ölkəmizdə estetik tibb sahəsində fəaliyyət göstərən cərrahlar arasında öz dəsti-xətti ilə seçilən adlardandır.
Dr. Saleh Ələgərli tibb təhsilini müvafiq ixtisas üzrə tamamladıqdan sonra, estetik və plastik cərrahiyyə sahəsində ixtisaslaşaraq, bu sahədə bir sıra uğurlu əməliyyatlara imza atmışdır. O, xüsusilə bədən konturlama, liposaksiya və digər estetik prosedurlar üzrə fəaliyyət göstərir. Bədənşəkilləndirmə üzrə mütəxəssis olan Dr.Saleh Ələsgərli, hər zaman pasiyentlərini məmnun edir. Pasiyentləri ilə fərdi yanaşma əsasında işləyən Dr. Ələgərli, hər bir insanın fərqli ehtiyaclarını və anatomik xüsusiyyətlərini nəzərə alaraq, ən uyğun müalicə və estetik yanaşmanı təklif edir. Onun iş prinsipi yalnız xarici görünüşün dəyişdirilməsi deyil, eyni zamanda pasiyentlərin özlərini daha güvənli və xoşbəxt hiss etmələrinə dəstək olmaqdır.
Dr. Ələgərli daim tibbi biliklərini artırmağa və beynəlxalq təcrübələri izləməyə önəm verir. O, həm yerli, həm də xarici təlimlərdə və konqreslərdə iştirak edərək, estetik tibbin ən müasir texnologiya və üsullarını öz praktikasında tətbiq edir. Onun rəhbərliyi ilə həyata keçirilən estetik əməliyyatlar, yüksək peşəkarlıqla yanaşı, təhlükəsizlik və pasiyent məmnuniyyəti prinsipləri üzərində qurulub. Dr. Saleh Ələgərli estetik və plastik cərrahiyyədə uğurla fəaliyyət göstərən, daim yeniliklərə açıq olan, insan sağlamlığına və gözəlliyinə peşəkar yanaşma sərgiləyən bir mütəxəssisdir. O, bu sahəyə verdiyi töhfələrlə həm pasiyentlərinin etimadını qazanmış, həm də estetik cərrahiyyənin inkişafına öz töhfəsini vermişdir.
Zemfira Məmmədova