1xeber.media xəbər verir ki, Oktyabrın 17-də Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema X sosial media platformasında (keçmiş Twitter) Almaniya kansleri Fridrix Merzin Rusiya prezidenti Vladimir Putinə müraciətini tənqid edib.
"Bunlar Avropanı məhvə sürükləmək istəyən daha bir psixopatın sözləridir. Ümid edirəm ki, bu sözlərin ciddiliyini başa düşəcəksiniz", - o bildirib.
Mema Avropa Birliyinin (AB) Putin tərəfindən qorxudulmasına imkan verməyəcəyini və müqavimət göstərəcəyini bildirən Merzin sosial şəbəkədəki paylaşımına cavab verib.