"Ramiz Mehdiyev illərdir tutduğu yolla, etdiyi əməllərlə bu həbsə doğru gedirdi. Mən bunu çoxdan gözləyirdim”.
1xeber.media xəbər verir ki,bunu Demokrat.az-a Azərbaycanın sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib. O bildirib ki, bu hadisə 5-10 il bundan əvvəl baş verməliydi:
“Çünki Ramiz Mehdiyev "5-ci kolon"un başında duran adamdır. Lakin o düzgün hesablaya bilmədi ki, Rusiya Azərbaycan Prezidentinin dayaqlarının necə möhkəm olduğunun fərqində olacaq və Azərbaycanla münasibətləri qorumaq xatirinə, Cənubi Qafqazda hər hansı mövqeyə sahiblənmək xatirinə Ramiz Mehdiyev kimi 87 yaşında, artıq istifadə edilmiş şəxsi tarixin zibilliyinə atacaq. O, bunu hesablaya bilmədi.
Rusiya isə öz maraqlarını Ramiz Mehdiyevi xərcləməklə təmin etməyə çalışdı. Ramiz Mehdiyevin təkcə özü yox, onun bütün komandası məsuliyyətə cəlb edilməli, onların bütün əmlakları əllərindən alınması, dövlətdən oğurladıqları dövlətə qaytarılmalıdır”.