Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla ABŞ-da görüşdükdən sonra vətənə yeni silah paketi ilə qayıtmağı planlaşdırsa da, əli boş qalıb.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 18-də “El Pais” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Zelenskinin yardım ümidlərini Amerika liderinin özü gücləndirib, o, xüsusilə də qəti öhdəliyi olmasa da, “Tomaqavk” qanadlı raketlərinin Kiyevə ötürülməsi imkanlarını nəzərdən keçirib, TASS xəbər verir.
Qeyd olunur ki, Trampın danışıqlarda mövqeyi son nəticədə Rusiya ilə yaxınlaşmaya doğru dəyişib və Amerika və Ukrayna prezidentlərinin şəxsi görüşü yalnız münaqişənin həlli ilə bağlı baxışlarındakı dərin fərqliliyi önə çəkib.