Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi.
1xeber.media xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Mehdiyev yüksək dövlət mükafatlarından da məhrum ediləcək.
Onun AMEA-nın həqiqi üzvlüyündən və YAP sıralarından xaric ediləcəyi şübhə doğurmur. Təbii ki, AMEA və YAP sıralarında dövlətə xəyanət ittihamı ilə yaşayan birini saxlamayacaq.
“Ramiz Mehdiyev həyatını yüksək dövlət mükafatları olan, bürokratik sistemdə uzun müddət çalışmış, ömrü boyu həsrətində olduğu ziyalı adını qazana bilməsə də, akademik elmi dərəcəsi və hakimiyyət partiyasının funksioneri kimi başa vura bilərdi. Ailəsi, övladları və yaxınları Azərbaycan Prezidentinin onlara lütf etdiyi himayənin altında yaşaya bilərdilər.
Amma Ramiz Mehdiyev dövlətə xəyanət ittihamı ilə, bütün titul və adları geri alınmış, Azərbaycan dövlətinə və xalqın Zəfər Liderinə xəyanət etmiş şəxs kimi tarixdə qalmağı, belə ölməyi seçdi”, - məlumatda vurğulanıb.