Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 18-dən 20-dək Vatikana işgüzar səfər edəcək.
1xeber.media erməni KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Paşinyan oktyabrın 19-da Müqəddəs Pyotr meydanında keçiriləcək kanonizasiya mərasimində iştirak edəcək.
Mərasimə Papa XIV Leo sədrlik edəcək və burada arxiyepiskop İqnatius Maloyan da daxil olmaqla yeddi yeni müqəddəsin kanonizasiyası həyata keçiriləcək.
Səfər proqramına əsasən, Nikol Paşinyanın Roma Papası XIV Leo ilə şəxsi görüşü də planlaşdırılıb. Bundan əlavə, Ermənistanın baş naziri Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin ilə də görüş keçirəcək.