Almaniyada potensial olaraq ölkəyə milyardlarla avro qazandıran böyük litium yatağı aşkar edilib.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 18-də Neptune Energy məlumat yayıb.
"Neptune Energy, Altmark bölgəsində (Saksoniya-Anhaltda – Red.) böyük litium yatağı aşkar etdiyini açıqladı. Bu, Almaniyanın avtomobil sənayesinin gələcəyi üçün əsl oyun dəyişdirici ola bilər", - nəşr qeyd edir.
Şirkətin fikrincə, bu litium yatağı Almaniyaya milyardlarla avro qazandıra bilər. Altmark təxminən 43 milyon ton litium karbonat ekvivalentini ehtiva edir. Qazeta.Ru xəbər verir ki, geoloji kəşfiyyatın hesablamalarına görə, o, dünyanın ən böyük litium yatağına çevrilə bilər.
Əgər şirkətin nou-hau istifadəyə verilərsə, ilkin hesablamalara görə, layihə 2025-2042-ci illər arasında Almaniya üçün 6,4 milyard avro ümumi əlavə dəyər yarada, həmçinin 1500-ə qədər iş yeri yarada bilər, Neptune Energy aydınlaşdırır.