Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri 19-cu antirusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
1xeber.media xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas məlumat verib.
O qeyd edib ki, məsələ 23-24 oktyabrda keçiriləcək AB sammitində müzakirə olunacaq:
"Biz sanksiyalara baxdıq. Məsələ bu həftənin sonunda müzakirə olunacaq”.