Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır.
1xeber.media xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb.
Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb.
Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək:
1. Sevil Novruz qızı İmanova - 900 manat,
2. Ramil Məmməd oğlu Muxtarov - 750 manat,
3. Aynur Allahverən qızı Kərimova - 750 manat,
4. Gültəkin Fəzail qızı Muradlı - 750 manat,
5. Əlzamin Rəhman oğlu İsrafilov - 750 manat,
6. Ceyhun Amin oğlu Vəliyev - 750 manat.