Ermənistan-Gürcüstan sərhədindəki “Bavra”, “Baqrataşen” və “Qoqavan” sərhəd-keçid məntəqələrinə gedən yollar yük maşını sürücüləri tərəfindən bağlanıb.
1xeber.media xəbər verir ki, yerli teleqram kanallarına istinadla xəbər verir ki, buna səbəb sürücülərin Rusiya ərazisində qalma müddəti ilə bağlı tətbiq edilən məhdudiyyətlərə olan etirazıdır.
Onlar bildiriblər ki, hazırki qaydalara əsasən, Rusiya ərazisində il ərzində yalnız 90 gün qalmağa icazə verilir və bu müddətin uzadılmaması yükdaşıma fəaliyyətinə ciddi təsir göstərir.
Etirazçılar daha əvvəl hökumət binası qarşısında keçirilən aksiya zamanı yaradılan nümayəndə heyətinin görüşündən narazı qalıblar. Sürücülər bəyan ediblər ki, tələbləri yerinə yetirilməyincə xarici yük maşınlarının keçidinə icazə verməyəcəklər.
Hazırda sərhədin Ermənistan istiqamətlərində gərginlik davam edir.