Krasnoarmeysk (Pokrovsk) uğrunda döyüş son mərhələsinə qədəm qoyur.
1xeber.media xəbər verir ki, Almaniyanın "Bild" qəzetinin hərbi analitiki Julian Repke sosial media səhifəsində şəhərin tezliklə ələ keçiriləcəyini proqnozlaşdırıb.
Onun sözlərinə görə, artıq şəhərin mərkəzində intiharçı dronların iştirakı ilə döyüşlər gedir və bu, qəsəbə uğrunda döyüşün həlledici mərhələsinin yaxınlaşdığını göstərir.
"Əsas nəticə ondan ibarətdir ki, Kiyev rus qoşunlarının irəliləməsini ləngidə bilər. Lakin onların qarşısını almaq acizdir", - ekspert yazıb.
Bundan əvvəl hərbi müxbir Yevgeni Poddubnıy Krasnoarmeyskdəki döyüşlər barədə məlumat vermiş və Rusiya Silahlı Qüvvələrinin məqsədini açıqlamışdı. O, Rusiya qoşunlarının məqsədinin E50 magistralının bir hissəsini nəzarətə götürmək olduğunu vurğulayıb.