Yaponiyanın hakim Liberal Demokrat Partiyasının sədri Sanae Takaiti ölkənin yeni Baş naziri seçilib.
1xeber.media xəbər verir ki, bununla da 64 yaşlı Takaiti Yaponiyanın ilk qadın Baş naziri olub.
Ölkə parlamentində keçirilən səsvermənin nəticələrinə əsasən, o, 465 səsdən 237-sini toplayıb.
Bu isə ona səsvermənin birinci turunda qalib gəlməyə kifayət edib.
Xatırladaq ki, Yaponiyanın Baş naziri Şiqeru İşiba sentyabrın əvvəlində istefa vermişdi.