İctimai fəal haldun Novruzzadə facebook səhifəsində status paylaşaraq Bayırşəhər adlanan ərazidə tarixi binaların sökülməsinə diqqət çəkib.
1xeber.media paylaşımı təqdim edir:
"Ermənilərin viran qoyduğu Ağdama oxşasa da bura Bakıdır, Bakı şəhər İcra Hakimiyətinin viran qoyduğu Bayırşəhər adlanan tarixi 19’cu yüzillərə qədər gedib çıxan ərazidəki binalardı. Tikiliş baxımından Qərb memarlığını xatırladan və bir çox ziyalıların Ev muzeyi yerləşən bu ərazi bir dəstə kimliyk bəlirsiz insanlar tərəfindən sökülməkdədir. Bir müddət sonra Bakının bizim olduğunu söyləyəndə sübut etməyə bir dənə tarixi bina qalmayacaq. Maraqlısı da budur ki, Bakılı olduğunu hər vəclə fəxrnən deyən Bəhramkimilər fəsiləsi bu tarixi Genosidə susur.
Buna bir “Dur” deyən lazımdı, göz görə görə hər hecə bir binanı məhv edirlər."