Tatarıstanın üç azyaşlı sakini xarici kəşfiyyat orqanlarının sifarişi ilə dəmir yolunda terror aktı törətməkdə ittiham olunub.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 21-də Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
“Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin müstəntiqləri üç azyaşlı rayon sakinini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq terror aktı törətmək”) ilə ittiham edib”, - deyə idarənin saytında bildirilir.
Müstəntiqlərin fikrincə, yeniyetmələr xarici kəşfiyyat orqanlarının sifarişi əsasında hərəkət edib və pul təzminatı müqabilində 2025-ci ilin avqustunda Buqulma yaxınlığında dəmir yolu avadanlıqlarını yandırıblar.Onlara vəd etdikləri 24 min rublu almayıblar.