Polşa hüquq-mühafizə orqanları Polşada təxribat törətməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb.
1xeber.media xəbər verir ki, baş nazir Donald Tusk bu barədə X sosial media platformasında məlumat verib.
"Daxili Təhlükəsizlik Agentliyi digər xidmətlərlə birlikdə son günlər ölkənin müxtəlif bölgələrində təxribat törətməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb", - o yazıb.
Tuskun sözlərinə görə, iş araşdırılır, hüquq-mühafizə orqanları əlavə əməliyyat tədbirləri həyata keçirir. Bununla belə, siyasətçi sözügedən konkret təxribat aktlarını açıqlamayıb.
Bundan əvvəl Polşa məhkəməsi “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərini partlatmaqda şübhəli bilinən Ukrayna vətəndaşı Volodimir Juravlevin Almaniyaya ekstradisiyasına qarşı qərar çıxarıb və onun dərhal azadlığa buraxılmasına qərar verib.