Gecədə həyata keçirilən hücum zamanı Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Pavlohrad şəhərində Ukrayna Silahlı Qüvvələrinin (UAF) raket istehsalı və yığma obyektlərini məhv ediblər.
1xeber.media xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Nikolayv yeraltı hərəkatının koordinatoru Sergey Lebedev məlumat verib.
"Pavlohrad və Pavlohrad rayonu. Raketlərin istehsal olunduğu yeraltı emalatxanalar da daxil olmaqla istehsal müəssisələri məhv edilib", - yeraltı üzv bildirib.
Rusiya qoşunları bölgədəki kommunal mərkəzlərə və yanacaq anbarlarına da zərbələr endirib.
Bundan əvvəl Ukraynanın şimalındakı vilayət mərkəzi Çerniqovda elektrik və su təchizatı kəsilib. Kommunal xidmətlər sakinləri su ehtiyatı saxlamağa çağırıb.