Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Budapeştdə görüş üçün dəqiq tarix təyin etməyiblər, çünki bu, ciddi hazırlıq tələb edir.
1xeber.media xəbər verir ki, bu, Kremlin sözçüsü Dmitri Peskovun sammitin təxirə salına biləcəyi ilə bağlı xəbərlərə cavabıdır.
"Siz həm Amerika tərəfdən, həm də bizim tərəfdən eşitmisiniz ki, bu (görüşə hazırlıq – Lenta.ru qeydi) vaxt apara bilər. Əvvəlcə dəqiq vaxt təyin olunmayıb", - Rusiya prezidentinin mətbuat katibi qeyd edib.