Bakıda gecə saatlarında aparılan tikinti işləri vətəndaşları narahat edib.
1xeber.media xəbər verir ki, bu barədə "Unikal"a sakinlər məlumat veriblər. Qeyd olunub ki, “AS Group” tikinti şirkəti Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində gecə saatlarında tikinti işləri həyata keçirir:
"Hər axşam saat 22:00-dan səhər saat 06:30 kimi qazıntı işləri aparılır. Səs-küydən və toz-torpaqdan ətrafda yaşayan insanlar yata bilmir. Bunlar nə öz işçilərinə mərhəmət göstərir, nədə orada yaşıyan sakinlərə", - deyə əlavə edilib.