Məşhur rusiyalı bloger İlya Varlamov (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısındadır) Rosfinmonitorinqin (Federal Maliyyə Monitorinqi Xidməti) terrorçu və ekstremistlər siyahısına əlavə edilib.
1xeber.media xəbər verir ki, bu barədə agentliyin saytındakı məlumatda deyilir.
Siyahıya həmçinin “Dozhd” telekanalının jurnalisti Anna Monqayt (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi daxil edilib və Rusiyada arzuolunmaz təşkilat kimi tanınıb) və politoloq Sergey Medvedev (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent siyahısında) yer alıb.
Avqust ayında Varlamov qiyabi olaraq xarici agent kimi vəzifələrindən yayınmaqda və Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilinib. O, səkkiz il ümumi rejimli cəzaçəkmə müəssisəsində və 100 milyon rubla yaxın cərimə cəzasına məhkum edilib.