Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə işgüzar səfərə gedib.
1xeber.media xəbər verir ki, bu barədə onun Facebook səhifəsində məlumat verilib.
Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze arasında görüş planlaşdırılır.
Paşinyan sabah Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak edəcək.