Türkiyə Silahlı Qüvvələrinin (TSK) Livanda yerləşən BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrində (UNIFIL) iştirak müddəti daha 2 il uzadılıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında qərar qəbul olunub.
Bildirilib ki, Türkiyə 2006-cı ildə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi əsasında UNIFIL missiyasına qoşulub və bu müddət sonuncu dəfə 31 oktyabr 2024-dən etibarən 1 il müddətinə uzadılmışdı.
Yeni qərarla “Mehmetçik”in Livandakı fəaliyyəti 31 oktyabr 2025-dən etibarən əlavə 2 il müddətinə davam etdiriləcək.