ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Cənubi Koreyada görüşəcək.
1xeber.media xəbər verir ki, sammit oktyabrın 30-da baş tutacaq, Ağ Evin sözçüsü Kerolin Levit bildirib.
Sözçünün sözlərinə görə, Tramp yerli vaxtla cümə axşamı səhər Si Cinpinlə ikitərəfli görüşdə iştirak edəcək. Bu görüş Trampın Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərlərini əhatə edən Asiya turunu yekunlaşdıracaq.
Daha əvvəl Bloomberg jurnalistləri öyrənmişdilər ki, Tramp Si Cinpinlə Ukraynadakı münaqişəyə son qoymaq variantlarını müzakirə etmək niyyətindədir. Nəşr onu da yazıb ki, iki lider Çinin Rusiya nefti almasını müzakirə edəcək. Ağ Ev qeyd edib ki, Çin lideri onun fikirlərini “çox qəbul edəcək”.