Ukrayna prezidenti Vladimir Zelenski Çinin Ukraynaya hərbi yardım göstərmədiyini və Rusiyanın məğlubiyyətində maraqlı olmadığını bildirib.
1xeber.media xəbər verir ki, O, bu barədə oktyabrın 23-də Ukrayna prezident aparatının YouTube kanalında yayımlanan jurnalistlərlə söhbəti zamanı bildirib.
"Çin prezidenti Si Jinping mənə silah satmayacağını söylədi. Mən bir şeyi bilirəm: Çin Rusiyaya kömək edir. Çin Ukraynaya kömək etmir. Çin bizim qələbəmizdə və Rusiyanın məğlubiyyətində maraqlı deyil", - Zelenski bildirib.
Ukrayna lideri yaxın vaxtlarda “Tomaqavk” qanadlı raketlərinin alınmasının mümkünlüyünü də xatırladıb və qeyd edib ki, “hər gün yeni bir şey gətirir”. Bundan başqa, Zelenski Ağ Evdəki danışıqlarının əsas nəticəsi kimi ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün ləğvini göstərib.