“Sputnik Azərbaycan”ın şef redaktoru Yevgeni Belousov ev dustaqlığına buraxılıb.
1xeber.media xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.
Məlumata görə, Xətai Rayon Məhkəməsi Yevgeni Belousovun işi üzrə vəsatətə baxıb:
“Məhkəmə vəsatəti təmin edib və Belousov ev dustaqlığına buraxılıb”.
Daha öncə agentliyin icraçı direktoru İqor Kartavıx həbsdən azad edilmiş, bundan sonra isə Azərbaycanı tərk edərək Rusiyaya getmişdi.

















